Əfqanıstan-Pakistan sərhədində qarşıdurma olub, ölən və yaralananlar var

12-12-2022, 09:30

Əfqanıstan-Pakistan sərhədində qarşıdurma olub, ölən və yaralananlar var

Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində azı 6 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Ordum.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin qurumlararası ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

“Dekabrın 11-də Əfqanıstan Sərhəd Qüvvələri Bəlucistan əyalətinin Çaman şəhərində dinc əhaliyə qarşı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edərək atəş açıb, nəticədə 6 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb”, - məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, Pakistan Sərhəd Qoşunları qarşı tərəfin bu “aqressiyasına layiqincə cavab verib”.




Facebook'da Paylaş