Ukrayna Silahlı Qüvvələri Çkalovskoye qəsəbəsini azad edib

11-09-2022, 13:52

Ukrayna Silahlı Qüvvələri Çkalovskoye qəsəbəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqada Çkalovskoyedə Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini azad edib.




Facebook'da Paylaş