Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yeni əraziləri azad edib

9-09-2022, 18:03

Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yeni əraziləri azad edib

Cənubdakı Ukrayna qüvvələri Rusiya hərbçilərinin nəzarətində olan mövqelərə doğru daha bir neçə kilometr irəliləyib.

Ordum.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib. Onun sözlərinə görə, cənub istiqamətində yeni şad xəbərlər var:

“Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki, onların adlarını açıqlamırıq”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində əks-hücum əməliyyatları zamanı müəyyən uğurlar əldə etdiyini bildirib.

Xatırladaq ki, Ukrayna Müdafiə Qüvvələri Xarkov və Yujnobuqski istiqamətində 700 kvadrat kilometrdən çox ərazini Rusiya işğalından azad edib.




Facebook'da Paylaş