Ukrayna Prezident Ofisi: "Müharibə Krımın azad olunması ilə başa çatmalıdır

13-08-2022, 13:27

Ukrayna Prezident Ofisi: "Müharibə Krımın azad olunması ilə başa çatmalıdır

“Müharibə Krımın azad olunması ilə başa çatmalıdır”.

Ordum.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya 2014-cü ildə Krımı həyəsızcasına ələ keçirməklə Ukraynaya və dünyaya qarşı müharibəyə başladı. Aydındır ki, bu müharibə Krımın azad edilməsi və “xüsusi hərbi əməliyyat"ın təşəbbüskarlarının qanuni yolla cəzalandırılması ilə yekunlaşmalıdır”, - o vurğulayıb.




Facebook'da Paylaş