Britaniya kəşfiyyatı: "Rusiya Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır

21-07-2022, 10:10

Britaniya kəşfiyyatı: "Rusiya Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır

“Rusiya və separatçı qüvvələr Donbasdakı cəbhə xətti boyunca kiçik miqyaslı hücumlara cəhd etməkdə davam edir. Rusiya qüvvələri, ehtimal ki, Donetskdən 50 km şimal-şərqdə yerləşən Vuhlehirskdakı Ukraynanın ikinci ən böyük elektrik stansiyasına yaxınlaşır".

Ordum.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Məlumata görə, Rusiya mühüm obyekt olan elektrik stansiyasını ələ keçirməyə üstünlük verir: “Həmçinin Kramatorsk və Slovyansk kimi mühüm şəhərlərə doğru sürətli irəliləyişi təmin etməkdən ötrü Vuhlehirskin ələ keçirilməsi planlaşdırılır”.




Facebook'da Paylaş