Zelenski: “Ukrayna ordusu tədricən Xersonu azad edir

22-06-2022, 10:08

Zelenski: “Ukrayna ordusu tədricən Xersonu azad edir

Ukraynalı müdafiəçilər Luqansk vilayətində müdafiəni gücləndirir və Xerson vilayətini tədricən azad edirlər.

Ordum.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Volodimir Zelenski axşam müraciətində danışıb.

"Cəbhə xəttində vəziyyət ciddi şəkildə dəyişməyib. Ukrayna ordusu taktiki hərəkətlərin köməyi ilə Luqansk vilayətində müdafiəni gücləndirir. Həqiqətən də orda hazırda vəziyyət daha ağırdır. İşğalçılara çox ciddi təzyiqlər göstərirlər. Onlara Donetsk istiqamətində, Xarkov vilayətində də təzyiqlər göstərilir”, - Prezident bildirib.

Zelenski vurğulayıb ki, Rusiyanın “amansız” və “həyasız” artilleriya atəşi işğalçılara heç nə verməyəcək, düşmən ordusu istənilən rasionallığa “kardır”: “İşğalçılar sadəcə dağıdır, öldürürlər və bununla da guya yerlərində dayanmadıqlarını komandanlığa göstərirlər”.

"Cənubda Nikolayev vilayətimizi, Zaporojye əyalətini müdafiə edir, Xersonu tədricən azad edirik", - Prezident vurğulayıb.




Facebook'da Paylaş