Şiddətli döyüşlərin getdiyi rayonun başçısı: “Əks-hücumlarımız rusiyalıları şoka salıb
“Vəziyyət dəyişir, vəziyyətə heç kim yüz faiz nəzarət etmir. Döyüşlər davam edir, bəzi uğurlar var. Bildiririk ki, rusiyalılar artıq ehtiyatları Severodonetskə köçürməyə məcburdurlar. Əks-hücumlarımız onlar üçün şok oldu”.
Ordum.az xəbər verir ki, bunu “Current Time”a müsahibəsində Donetsk vilayətinin Severodonetsk rayonunun administrasiya başçısı Roman Vlasenko söyləyib.
“Yenə ağır texnikalar, canlı qüvvələr gətirilir. Severodonetsk ətrafında hücum hərəkətləri davam edir: Lisiçansk istiqamətində, Baxmut istiqamətində rusiyalıların aviasiyası və artilleriyası ciddi şəkildə işləyir. Severodonetskdə vəziyyət mürəkkəbdir. Bizim uşaqlar dəstək aldılar: xarici legion daxil olub, əlavə olaraq orada hələ də bir neçə hissə var”.
O həmçinin Ukrayna qüvvələrinin həftəsonu uğurlu əks-hücumlarının səbəbini də açıqlayıb:
“Düşünürəm ki, bu, Rusiyanın üstünlüyünün yalnız yaşayış məntəqələrindən kənarda hiss olunması ilə bağlıdır, burada onlar aviasiya və artilleriya sahəsində bizim resurslarımızı ciddi şəkildə üstələyir. Şəhər döyüşləri şəraitində bütün bu üstünlüklər itirilir və Ukrayna Silahlı Qüvvələrinin peşəkarlığı rusiyalılara qarşı effektiv əks-hücum etmək, eyni zamanda səmərəli müdafiə qurmaq üçün yetərlidir”.
Facebook'da Paylaş