Prezident Ofisi: "Mariupolun müdafiəçiləri təslim olmayacaqlar”

23-04-2022, 11:17

Prezident Ofisi: "Mariupolun müdafiəçiləri təslim olmayacaqlar”

Ordum.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Bu, prinsipial məsələdir. Azov” alayı şəhərin müdafiəsini qoruyacaq”, - o bildirib.

M.Podolyak həmçinin söyləyib ki, Mariupolda insanların təxliyəsi Rusiyanın reputasiyasına müsbət təsir edə bilər: “Kiyevdə baş verənlərdən sonra Rusiya Mariupolda sübut edə bilər ki, hələ insanlığı itirməyib”.

Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşşuk bildirib ki, bu gün Mariupoldan dinc sakinlərin təxliyəsi baş tuta bilər.




Facebook'da Paylaş