Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

20-04-2022, 09:06

Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti bərpa ediblər.

Ordum.az-n məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.

Müharibənin 55-ci günündə Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərinə çıxmağa cəhd edirlər. Onlar yaşayış məntəqələrini durmadan atəşə tuturlar.

O da bildirilir ki, Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək, əvvəldən tutduğu mövqelərinə qayıdıb.




Facebook'da Paylaş