Ukrayna Ombudsmanı: "Rusiya hərbçiləri uşaqları məktəbə getməyə məcbur edirlər

11-04-2022, 13:39

Ukrayna Ombudsmanı: "Rusiya hərbçiləri uşaqları məktəbə getməyə məcbur edirlər

"Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Volnovaxa ərazisində Rusiya hərbçiləri döyüş ərəfəsində uşaqları məktəbə getməyə məcbur edirlər".
Ordum.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Ombudsmanı Lyudmila Denisova deyib.

Onun sözlərinə görə, bu da ərazilərin azad olunmasını çətinləşdirir. “Bu halda uşaqlar qarşı tərəfin əsgərləri üçün girov və canlı qalxan rolunu oynayır. Bu, çox güman ki, Ukrayna ordusunun əməliyyatlarına mane olmaq üçündür. Eyni zamanda, onlar gələcəkdə bizi itiiham etmək üçün təxribat törətmək istəyirlər”.




Facebook'da Paylaş