Mariupol Şəhər Şurası: "Dram Teatrının bombalanması nəticəsində 300-ə yaxın adam ölüb"

25-03-2022, 18:26

Mariupol Şəhər Şurası: "Dram Teatrının bombalanması nəticəsində 300-ə yaxın adam ölüb"

Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.

Ordum.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Təəssüf ki, günə pis xəbərlə başlayırıq. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub”, - məlumatda deyilir.

Şəhər Şurasından xatırladılıb ki, teatrın binası qarşısındakı nəhəng “UŞAQLAR” yazısı da Rusiya qoşunlarını dayandırmayıb.

Xatırladaq ki, daha əvvəl UNİAN martın 16-da Rusiya təyyarəsinin Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atdığını yazmışdı. Sığınacağa giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət xəsarət alanlar barədə məlumat olmayıb.




Facebook'da Paylaş