Türkiyədə xüsusi təyinatlılar 9 terrorçunu məhv edib

16-12-2021, 10:00

Türkiyədə xüsusi təyinatlılar 9 terrorçunu məhv edib

Türkiyənin şərqindəki Tunceli vilayətində "Eren Kış" antiterror əməliyyatının 6-cı mərhələsi çərçivəsində PKK-nın 9 terrorçusu zərərsizləşdirilib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlıların 140 sığınacağı məhv edilib, çoxlu sayda silah-sursat məhv edilib.

Əməliyyatda 1 060-a qədər xüsusi təyinatlı iştirak edib.

Məhv edilən silahlılardan 5-i Türkiyə Daxili İşlər Nazirliyinin xüsusi təhlükəli terrorçular siyahısında olub.




Facebook'da Paylaş