Arxangelskdəki diaspor rəhbəri diplomla təltif edilib

22-12-2023, 12:02

Arxangelskdəki diaspor rəhbəri diplomla təltif edilib

Dekabrın 20-də Arxangelsk vilayətinin hökumətində “Şimal Sərvəti” («Достояние Севера») regional ictimai mükafatının təşkilat komitəsinin yekun iclası keçirilib. Orada 2023-cü il üçün Pomorie əsas ictimai mükafatının qalibləri və diplom sahibləri müəyyən olunub. Dekabrın 20-də “Şimal Sərvəti – 2023” ictimai mükafatının təqdimat mərasimi keçirilib. Qeyd edək ki, bu ictimai təşkilatın laureatlarından biri də “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilatının rəhbəri Tərlan Qasımovdur. “Bu ictimai mükafatın laureatı olmaqdan şərəf duydum. Dəstək üçün təşəkkür edirik! Bu mükafat təkcə mənim səylərimin deyil, həm də ictimai fəaliyyətimdə mənə kömək edən hər kəsin köməyinin nəticəsidir”, – deyə Tərlan Qasımov saytımıza öz sevincini bölüşüb.




Facebook'da Paylaş