Azərbaycan və Rusiya rəsmiləri iki ölkənin gömrük buraxılış məntəqəsində olub

27-10-2022, 10:30

Azərbaycan və Rusiya rəsmiləri iki ölkənin gömrük buraxılış məntəqəsində olub

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digər həmkarlarla birlikdə Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olub, görüşlər keçirib.

Ordum.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də yazıb.

"Məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında #iqtisadi əlaqələr barədə müzakirələr apardıq", - deyə o, qeyd edib.




Facebook'da Paylaş