Ötən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb

19-10-2022, 17:39

Ötən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb

Ötən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb.

Ordum.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, gələn ilin yanvar ayına qədər daha bir ədəd maşın alınacaq və bununla bağlı müqavilə mövcuddur. “2023-cü ilə dair büdcə planları hələ təsdiq olunmadığı üçün indidən nə qədər avadanlıq alınacağı barədə məlumat vermək çətindir.

Biz minatəmizləmə maşınlarını daha çox iki ölkədən, Slovakiya və Xorvatiyadan alırıq, çünki bu maşınlardan uzun müddətdir istifadə edirik. Həmçinin onlarla işləmək minatəmizləyənlərimiz üçün daha rahatdır. Eyni zamanda bu maşınların servisini və təmirini də özümüz edə bilirik”.

V.Süleymanov vurğulayıb ki, minatəmizləmə işinin aparılması üçün lazım olan avadanlıqlarla bağlı da mühim irəliləyişlər var: “Belə ki, yeni nəsil minatəmizləmə detektorları sürpriz minaları (üst-üstə yerləşdirilmiş iki mina - red), həmçinin yanaşı basdırılmış iki minanı eyni anda aşkarlaya bilir. Bütün bunlar minatəmizləmə işinə öz töhfəsini verməkdədir”.




Facebook'da Paylaş