Melitopol meri: “Ukrayna Zaporojye vilayətini azad etməyə hazırlaşır

16-10-2022, 16:33

Melitopol meri: “Ukrayna Zaporojye vilayətini azad etməyə hazırlaşır

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətini Rusiya ordusundan azad etməyə hazırlaşır.
Ordum.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov teleqram kanalda bildirib.
O, Ukrayna hərbçilərinin müvəqqəti işğal altında olan müxtəlif yaşayış məntəqələrində son uğurlu irəliləyişlərindən də danışıb.
İvan Fedorovun sözlərinə görə, xüsusən, Hulyaypole yaxınlığında Rusiya ordusuna məxsus silah-sursat anbarı dağıdılıb və 20-dən çox hərbçi yaralanıb. Tokmakda Rusiya ordusunun 10 hərbi texnikası məhv edilib, 40-a qədər hərbçisi yaralanıb; Poloqada - 30-a qədər Rusiya hərbçisi yaralanıb, Kamenka-Dneprovskda 7 hərbi texnika məhv edilib və düşmən ordusunun 40-a yaxın hərbçisi yaralanıb.




Facebook'da Paylaş