Slovakiya və Litva Rusiyanın Ukraynaya hücumunu pisləyib

10-10-2022, 14:07

Slovakiya və Litva Rusiyanın Ukraynaya hücumunu pisləyib

Slovakiya və Litva Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə və digər vilayətlərinə raket hücumlarını piləyib.

Ordum.az xəbər verir ki, Slovakiyanın Baş naziri Eduard Heger tvitində Rusiya qüvvələrinin Ukraynada mülki əhaliyə və infrastuktura qarşı qorxaqcasına hücumlarını şiddətlə qınadığını bildirib.

Litva Prezidenti Gitanes Nauseda isə tvitində vurğulayıb ki, Rusiyanın qəddarlığının sayı-hesabı yoxdur: “Rusiya ordusu Kiyevi və Ukraynanın digər şəhərlərini yenidən atəşə tutub. Onlar pik saatlarda şəhər mərkəzlərini, yaşayış binalarını, yolları hədəf alırlar”.

Dövlət başçısı hadisəni terror kimi qiymətləndirərək dünya ölkələrini rəsmi Kiyevə daha çox dəstək verməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.




Facebook'da Paylaş