Alimlər: ABŞ-la Rusiya arasında nüvə müharibəsi olsa, 5 milyard insan öləcək
ABŞ və Rusiya arasında nüvə müharibəsi 5 milyard nəfərdən çox insanın ölümünə səbəb ola bilər.
Ordum.az xəbər verir ki, bu barədə ABŞ-ın Rutqers Universitetinin alimlərinin araşdırmasında bildirilir.
Qeyd olunur ki, hipotetik nüvə müharibəsi baş versə, onun fəsadlarından ən yaxşı şəkildə Avstraliya və Argentina xilas ola biləcək. Bunun Yeni Zelandiya sakinlərinə həmçinin təsiri az olacaq.
Alimlər tədqiqat çərçivəsində nüvə münaqişəsinin nəzəri ssenarisini modelləşdiriblər. Proqnozlara görə, şəhərlərə və sənaye mərkəzlərinə atılan atom bombaları odlu tufanlara səbəb olacaq, Yer atmosferi yanma hissəciklərinin emissiyaları ilə çirklənəcək, onların fikrincə, bu, iqlim dəyişikliyinə, ərzaq ehtiyatlarının azalmasına və dünyanın əksər hissəsində aclığa səbəb olacaq.
Mütəxəssislərin hesablamalarına əsasən, atmosferə 165 milyon tondan çox his buraxılsa, fəlakətdən 3-4 il sonra taxıl istehlakı təxminən 90 % azalacaq.
Facebook'da Paylaş