İsrail tərəfi HƏMAS-a casusluqda şübhəli bilinən 9 nəfəri həbs edib

25-07-2022, 14:11

İsrail tərəfi HƏMAS-a casusluqda şübhəli bilinən 9 nəfəri həbs edib

İsrail polisi və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) HƏMAS-a casusluq etməkdə şübhəli bilinən 9 nəfəri həbs edib.

Ordum.az “Jerusalem post”a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin nümayəndəsi bildirib.

Məlumata görə, onlar HƏMAS-la daim təmasda olub, təlimat alıblar. İddia edilir ki, onlara Qüdsdə tapşırıqlarını yerinə yetirdikləri üçün təşkilat pul verib.

Bildirilib ki, onlar Şərqi Qüdsün sakinləridir.




Facebook'da Paylaş