Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 1 % artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 6 299,6 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 % çox vəsait yönəldilib.
Ordum.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 20,7 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 18,5 % artıb.
İstifadə olunmuş vəsaitin 3 781,3 milyon manatı və yaxud 60 %-i məhsul istehsalı sahələrinə, 2 131,2 milyon manatı və yaxud 33,8 %-i xidmət sahələrinə, 387,1 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yarın illik investisiya qoyuluşunun 4 693,3 milyon manatını və yaxud 74,5 %-ni daxili vəsaitlər təşkil edib, 4 564,7 milyon manatı və yaxud 72,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Facebook'da Paylaş