"Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin mənfəəti azalıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2021-ci ili 180 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 229 min manat mənfəətlə çıxmışdı.
Ordum.az xəbər verir ki, ötən il "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin gəlirləri 6,845 milyon manat (əvvəlki ilə nisbətən 10,7 % çox), xidmətlərinin maya dəyəri 5,798 milyon manat (2,7 % çox), ümumi və inzibati xərcləri 865 min manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin aktivləri 881 min manat olub ki, bu da illik müqayisədə 2,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,5 % azalaraq 585 min manata düşüb, balans kapitalı isə 2,6 dəfə artaraq 296 min manata çatıb.
Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.
Facebook'da Paylaş