KİV: Conson istefa verdikdən sonra siyasəti tərk edə bilər

10-07-2022, 09:39

KİV: Conson istefa verdikdən sonra siyasəti tərk edə bilər

Böyük Britaniyanın istefa verdiyini açıqlayan baş naziri Boris Conson növbəti seçkilərdə siyasətdən getməyi düşünür.
Ordum.az "Telegraph"a istinadən xəbər verir ki, Conson İcmalar Palatasına əlavə seçkilərdən yayınmaq üçün parlament mandatından imtina etməyəcək.

O, növbəti seçkilərdə siyasi karyerasına son qoymağı, baş nazir postunu tərk etdikdən sonra deputat kimi fəaliyyətini davam etdirən sələfi Tereza Meydən nümunə götürməyi düşünür.

Yəqin ki, Boris Conson yenidən jurnalistikaya qayıdacaq. “Hodder & Stoughton” nəşriyyatı hələ 2016-cı ildə dramaturqun ölümünün 400-cü ildönümündə buraxılması planlaşdırılan, lakin Consonun xarici işlər naziri təyin olunmasından sonra təxirə salınan Uilyam Şekspirin tərcümeyi-halını hələ də ondan gözləyir. Siyasətçi artıq 100 min dollara yaxın avans alıb.




Facebook'da Paylaş