G7 ölkələrindən Ukrayna ilə bağlı bəyanat..

26-06-2022, 20:31

G7 ölkələrindən Ukrayna ilə bağlı bəyanat...

Almaniyada Böyük Yeddilik (G7) ölkələrinin sammiti öz işinə başlayıb. Sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən Ukraynadakı vəziyyət fonunda antirusiya sanksiyaları və Moskvaya təzyiqlərin artırılması müzakirə olunacaq. Bundan əlavə, gündəliyə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.
Görüş antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında azı 17 nümayişin keçirilməsi planlaşdırılır.
G7 liderləri Ukraynaya Rusiyanın işğalına qarşı müdafiəsində sonsuz dəstək verəcəklərini vəd edirlər.
Bu barədə “Blumberq” bəyanat layihəsinə istinadən məlumat yayıb.
“Lazımi qədər Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə və dəstəkləməyə davam edəcəyik”, - deyə ölkə liderləri vəd edirlər.




Facebook'da Paylaş