Zelenski Avstriya kansleri ilə müharibədən sonrakı bərpanı müzakirə edib

23-06-2022, 08:45

Zelenski Avstriya kansleri ilə müharibədən sonrakı bərpanı müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avstriyanın federal kansleri Karl Nehammer ilə Avropa Şurasının qarşıdan gələn sammitini və Ukraynanın müharibədən sonrakı bərpası məsələlərini müzakirə edib.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında bildirib.

"Humanitar dəstəyə görə Avstriyaya təşəkkür etdim. Ölkəmizin bərpası və Luqanoda keçiriləcək Ukraynanın bərpası üzrə konfransla bağlı fikir mübadiləsi apardıq", - Zelenski qeyd edib.

Qeyd edək ki, iyunun 23-24-də Brüsseldə Avropa Şurasının sammiti keçiriləcək. Sammitdə Ukraynaya Avropa İttifaqına namizəd dövlət statusunun verilməsi məsələsi müzakirə olunacaq.




Facebook'da Paylaş