BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək

2-06-2022, 08:14

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası iyunun 6-da keçiriləcək.

Ordum.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın iyun ayı üzrə iş proqramında deyilir.

İclasın konkret mövzusu hələ açıqlanmayıb.

BMT Katibliyinin Ukraynadakı hazırkı vəziyyətə, o cümlədən humanitar və ərzaq probleminə dair hesabatları gözlənilir. Təhlükəsizlik Şurasının üzvlərinin baxılması üçün hər hansı konkret təklifin təqdim edilməsi planlaşdırılmır.




Facebook'da Paylaş