İsveçrə öz istehsalı olan silahların Ukraynaya göndərilməsinə veto qoyub

1-06-2022, 12:13

İsveçrə öz istehsalı olan silahların Ukraynaya göndərilməsinə veto qoyub

İsveçrə hökuməti münaqişə zonalarına silah tədarük etməmək kimi neytral siyasətinə əsaslanaraq Danimarkanın İsveçrə istehsalı olan zirehli transportyorların Ukraynaya göndərilməsi sorğusuna veto qoyub.

Ordum.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçrənin SRF teleşirkəti məlumat yayıb.

Bildirilib ki, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Danimarkanın Ukraynaya 20-yə yaxın “Piranha III” piyada döyüş maşını göndərməklə bağlı ərizəsini qəbul etməyib.

Neytral İsveçrə öz istehsalı olan silahlarını alan xarici ölkələrdən onları yenidən ixrac etmək üçün icazə istəmələrini tələb edir.

Bundan başqa, aprel ayında Almaniyanın Ukraynaya göndərdiyi zenit tanklarında istifadə edilən İsveçrə istehsalı sursatların təkrar ixracına veto qoyulub. İsveçrə həmçinin Polşanın qonşusu Ukraynaya yardım üçün silah tələbini qəbul etməyib.




Facebook'da Paylaş