Bayden: “Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raketlər göndərməyəcəyik

30-05-2022, 20:47

Bayden: “Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raketlər göndərməyəcəyik

Amerika Birləşmiş Ştatları Ukraynaya Kiyevin Rusiya ərazisinə zərbə endirməsinə imkan verəcək uzaqmənzilli raket sistemləri göndərməyəcək.

Ordum.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahlarını ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.

Bundan əvvəl “New York Times” mənbələrə istinadən xəbər verir ki, Ağ Ev Ukraynaya atəş məsafəsi 500 km-ə çata bilən M31 GMLRS (Guided Multiple Launch Rocket System) qurğuları ilə təchiz etmək qərarına gəlib.

Bundan əlavə, bu cür qurğular peyklərdən idarə olunan raketlərlə təchiz oluna bilər.




Facebook'da Paylaş