Ukrayna və ABŞ orduya hərbi yardımı müzakirə ediblər

24-05-2022, 20:00

Ukrayna və ABŞ orduya hərbi yardımı müzakirə ediblər

Ukrayna və ABŞ nümayəndələri orduya hərbi yardım sahəsində əməkdaşlığı müzakirə ediblər.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Telefon söhbətində Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli iştirak ediblər.

Tərəflər Ukraynadakı vəziyyət, ölkənin cənubunda və şərqində hərbi əməliyyatların gedişi barədə fikir mübadiləsi aparıblar.

Ofisin məlumatına görə, onlar Ukrayna ordusunun gücləndirilməsi üçün planlaşdırılan addımları və tərəfdaş ölkələrlə hərbi sahədə əməkdaşlığı da nəzərdən keçiriblər.




Facebook'da Paylaş