Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

10-05-2022, 14:37

Azad edilən ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı mayın 2-dən 7-dək aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Ordum.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Füzuli, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 97, tank əleyhinə 35 mina və 86 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.




Facebook'da Paylaş