MN: "Üç gün ərzində Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

3-05-2022, 15:35

MN: "Üç gün ərzində Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 4-dən 7-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.




Facebook'da Paylaş