Bu gün 915 şagird DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı verəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.
Ordum.az xəbər verir ki, imtahanda 915 şagirdin iştirakı gözlənilir. İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyət vəsiqəsini (vəsiqədə şəkli olmayan şagirdlər təhsil aldıqları məktəb tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);
- imtahana buraxılış vərəqəsini;
- sağlamlıq haqqında bəyannaməni.
Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.
İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə DİM-in saytında yerləşdirilmiş linkdən tanış olmaq mümkündür.
Test imtahanı Azərbaycan dili və riyaziyyat fənləri üzrə Azərbaycan dilində aparılır.
Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir.
İmtahanın müddəti 90 dəqiqədir.
İmtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 10 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 82 nəzarətçi-müəllim, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Facebook'da Paylaş