Prokurorluq: "Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır

6-04-2022, 10:41

Prokurorluq: "Hərbçiyə zor tətbiq edilməsi görüntüləri ilə bağlı araşdırma aparılır

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Ordum.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - məlumatda qeyd olunub.




Facebook'da Paylaş