Türkiyə mina səbəbindən Qara dənizin bir hissəsində balıq ovuna qadağa qoyub

26-03-2022, 21:49

Türkiyə mina səbəbindən Qara dənizin bir hissəsində balıq ovuna qadağa qoyub

Türkiyə hakimiyyəti Bosfor boğazında minanın aşkarlanmasından sonra Qara dənizin bir hissəsində gecə balıq ovuna qadağa qoyub.

Ordum.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

“Balıqçılarımızın və xalqımızın can və əmlakının təhlükəsizliyi üçün bu gündən (26 mart 2022-ci il) növbəti elana qədər Qara dənizin sularında gün batmasından gün çıxana qədər Bolqarıstan və Kefken (Türkiyənin İstanbuldan 160 km şərqdə, Qara dəniz sahilində yerləşən şəhəri - red.) bütün növ balıq ovu qadağan edilir”, - xəbərdə deyilir.

“Doğan” agentliyi daha əvvəl balıqçılar tərəfindən minaya bənzər obyektin aşkarlandığını xəbər verib. Bundan sonra Türkiyənin Milli Müdafiə Nazirliyi obyektin mina olduğunu təsdiqləyib və o, uğurla zərərsizləşdirilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akarın sözlərinə görə, o, bu mövzunu Rusiya və Ukrayna nümayəndələri ilə müzakirə edib. Bosfor boğazı ilə gəmilərin hərəkəti dayandırılıb və Bakı vaxtı ilə təxminən saat 16:30-da yenidən bərpa edilib.




Facebook'da Paylaş