Bayden Zelenski ilə Rusiyaya qarşı sanksiyaları artırmaqla bağlı razılığa gəlib

11-03-2022, 20:57

Bayden Zelenski ilə Rusiyaya qarşı sanksiyaları artırmaqla bağlı razılığa gəlib

ABŞ və Ukrayna prezidentləri Cozef Bayden ilə Volodımır Zelenski arasında telefon söhbəti olub.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı tviter hesabında paylaşım edib.

“Baydenlə substantiv söhbət etdik. Ona döyüş meydanındakı vəziyyət barədə, Rusiyanın dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərlə bağlı fikirlərimi çatdırdım. Ukraynanın müdafiəsini dəstəkləmək, Rusiyaya qarşı sanksiya təzyiqini artırmaqla bağlı razılığa gəldik”.




Facebook'da Paylaş