Bakıda quldurluq edən iki nəfər saxlanılıb

11-01-2022, 11:09

Bakıda quldurluq edən iki nəfər saxlanılıb

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə yanvarın 9-da Ramana qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Tağızadəyə zor tətbiq edib bank kartını və mobil telefonunu almaları barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Ordum.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini M.Əliyev və paytaxt sakini K.Abdullayev müəyyən edilərək saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.




Facebook'da Paylaş