Laçın polisi qanunsuz ov edən şəxsləri saxlayıb

22-12-2021, 11:02

Laçın polisi qanunsuz ov edən şəxsləri saxlayıb

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunsuz ov edən Ağcabədi rayon sakinləri - Tərlan Xəlilov, Rauf Əhmədov və Osman Hacıyev saxlanılıblar.

Həmin şəxslərdən 3 ov tüfəngi, patronlar və ovladıqları çöl quşları aşkar edilib.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır




Facebook'da Paylaş