“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib

17-12-2021, 12:20

“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib

“Media haqqında” qanun layihəsindən bir maddənin çıxarılması təklif edilib.

Ordum.az-ın xəbərinə görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, layihədəki media savadlılığı ilə bağlı bənd aydın deyil: “Bu, medianın öz işidir. İstəyən savadlı olub pul qazanar, istəməyən savadsız olub gözdən düşər. Bunu ayrıca bir maddədə göstərməyin məntiqi yoxdur. Ona görə də hesab edirəm ki, 10-cu maddə (Media savadlılığı) qanun layihəsindən çıxarılmalıdır”




Facebook'da Paylaş