Rusiya və Çin liderləri onlayn formatda danışıqlar aparıb

15-12-2021, 14:31

Rusiya və Çin liderləri onlayn formatda danışıqlar aparıb

Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Partiyasının Sədri Si Tsinpin arasında onlayn formatda danışıqlar keçirilib.

Ordum.az xəbər verir ki, liderlər ikitərəfli dialoqu və beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

“Sizinlə birbaşa əlaqə saxlamaq imkanım olduğu üçün çox şadam. Bizim münasibətləri 21-ci əsrdə dövlətlərarası əməkdaşlığın real modeli hesab edirəm", - deyə V. Putin çıxışında bildirib.

Si Tsinpin isə çıxışında Rusiya Prezidentinə Moskva ilə Pekin arasında gərginlik yaratmaq cəhdlərinə müqavimət göstərdiyinə görə təşəkkür edib.

Çin lideri ölkəsinin Rusiya ilə birgə layihələrinin sayının və ticarət dövriyyəsinin artdığını qeyd edib: "Bu ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 31% artaraq 123 milyard dollara çatıb. Pandemiyadan əvvəlki, 2019-cu ilin rekord göstəriciləri artıq qırılıb. Razılaşdığımız kimi, yaxın gələcəkdə biz 200 milyard həddini keçəcəyik”.




Facebook'da Paylaş