DİN: Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək

13-12-2021, 21:59

DİN: Fəvvarələr Meydanında ictimai asayişin qorunması məqsədilə tədbirlər görüləcək

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər.

Ordum.az-ın məlumatına görə, buna münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:
"Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir."




Facebook'da Paylaş