TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.

19-02-2023, 07:57

TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.

1948-ci ildə Qaradəniz Eregil də doğulmuş Melek Sina Baydur orta təhsilini Üsküdar Amerikan Liseyində ali təhsilini isə İstanbul Universiteti İqtisad fakultəsində almışdır. O, Türkiyə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2001-2003-cü illərdə Xarici İşlər Nazirliyində Çox Tərəfli Mədəniyyət İşləri üzrə İdarə müdirinin müavini vəzifəsində çalışıb. Türkiyənin Bosniyada (03.01.2003-16.12.2005) və Sloveniyada (01.01.2006- 29.02. 2008) Sloveniyada səfir vəzifəsində çalışmışdır. 2008-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində Təhsil Mərkəzinin müdiri təyin edilib. 2010-2014-cü illər arasında YUNESCO-da Türkiyə Milli Komissiyasının rəhbəri vəzifəsində çalışmışdır. Onun siyasi yüklü məktublarını “Ordum.az”ın oxucularına təqdim edirik:

Hörmətlə,
Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzinin sədri


TERRORİZM ERMƏNİLƏRİN DÖVLƏT SİYASƏTİDİR.
ASALA-nın ruh atası Qurgen Yanıkyanın məzarının Ermənistana köçürülərək ordu məzarlığında təntənəli surətdə gömülməsi. 1973-cü ildə erməni terrorçu Q.Yanıkyan tərəfindən qətl edilmiş Türkiyənin Los Angelesdəki Başkonsulun müavini Bahdur Demirin həyat yoldaşı istefada olan səfir Melek Sina Baydur Ermənistan Prezidenti Armen Sarkisyana etiraz əlaməti olaraq yazdığı açıq məktub Erməni terrorizminin məhz dövlət siyasəti olmasının bariz nümunəsidir.
Şəhid diplomatın həyat yoldaşından Ermənistan Prezidentinə etiraz.
Melek Sina Baydur Hörmətli Prezident mətbuat vasitəsi ilə öyrənmiş olduğum bir xəbərdən duyduğum çaşqınlıq üzüntü və etirazımı diqqətinizə çatdırmağın vacib olduğunu düşünərək bu məkubu yazıram. Həyat yoldaşımın qatili olan və Santa Barbara Məhkəməsində aparılan məhkəmə istintaqı zamanı təqsirini boynuna alan “Yanikyan” adlı bir qatilin Ermənistanda ordu məzarlığında əskəri törənlə dəfn edilməsinə öz etirazımı bildirirəm.
AÇIQ MƏKTUB
Melek Sina Baydur: “Yerdə can verən iki insanı öldürən cani necə qəhrəman ola bilər?!”
“27 yanvar 1973-cü il tarixində ABŞ-ın Santa Barbara qəsəbəsində Q. Yanikyan adlı bir ABŞ vətəndaşı Türkiyə Cümhuriyyətinin Los Angeles Başkonsulu Mehmet Baydar ilə həyat yoldaşım olan konsul Bahadır Demiri əvvəlcədən hazırladığı bir plan çərçivəsində vəhşicəsinə öldürmüşdür. Hadisə ilə əlaqədar olaraq Santa Barbara Məhkəməsində baxılan məhkəmə prosesində Yanikian adlı cani təqsirini qəbul etmiş və ömürlük həbs cəzasına məhkum edilmişdir. Bu hadisə və məhkəmə haqında məlumatlı olduğunuzu düşünürəm.
Təəcübümə səbəb olan, məni üzən və bu açıq məktubu yazmağa məcbur edən isə bu şəxsin məzarının ölkənizin paytaxtına köçürülərək onun ordu məzarlığında dəfn edilməsidir. Mənim bildiyimə görə ordu məzarlığında ölkəsinin müdafiəsi zamanı həyatlarını itirən qəhrəmanlar üçün nəzərdə tutulmuş bir yerdir. Müdafiəsiz, sülhpərvər, günahsız iki diplomatı yalan söyləyərək cinayət törətmək üçün düşünülmüş bir yerə apraraq və onları öncədən hazırladığı silahla vuran və bundan sonra yerdə can verən iki insanın başlarının ortasından dayadığı silahla bir daha vuran şəxs necə qəhrəman sayıla bilər?

Ayrıca məhkəmədə məqsədinin başqalarına nümunə olduğunu bəyan edən bu şəxsi ittihamı müdafiə edən prokuror siyasi terror kimi qiymətləndirmişdir. Belə xəstə ruhlu cani bir adama qəhrəman obrazı geyindirməyin arxa planındakı məqsədinizin daxili və xarici siaysətdəki maraqlarınıza xidmət etdiyi açıq görsənməkdədir. Bu hadisənin dövrümüzün bəlası olan terrorizimin təşviq edilməsi düşünmürsünüzmü?
Hörmətli Prezident,
Mən istefada olan Səfirəm. Daxili siyasət mənim bildiyim bir sahə deyil. Amma ölkələr arasında mövcud problemlərin sülh yolu ilə həlli və ya gələcəkdə baş verə biləcək münaqişələrin qarşısının alınması üçün uğurlu xarici siyasət təmsilçisinin həm rəsmi dövlət orqanları qarşısında, həm də cəmiyyət qarşısında səy göstərməsinin zəruriliyini və vacibliyini çox yaxşı bilirəm.
Bir qatillə bağlı atılan bu addım iki qonşu ölkə arasında yarana biləcək sülhə kölgə sala bilər.
Məqsəd dostluq münasibətləri yaratmaq və möhkəmləndirmək deyilsə, yalnız incimiş insanlar qalır və ailələr birinci yerdədir. Ona görə də ailələr sizdən üzr istəməyinizi gözləmək hüququ var.
Hörmətlə, Sina Baydur
29 may 2019-cu il




Facebook'da Paylaş