Belarus Hərbi Hava Qüvvələri təlim keçirir

9-08-2022, 15:41

Belarus Hərbi Hava Qüvvələri təlim keçirir

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə iştirakı ilə avqustun 9-da yeni hərbi təlim keçirməyə başlayıb.

Ordum.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimlər qoşun növlərinin müəyyən edilmiş hazırlıq planı üzrə keçir.

Hərbi tədbir avqustun 9-dan 25-dək sürəcək.

Qeyd edək ki, Belarus Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Ukrayna ilə sərhəddə keçirdiyi 15 həftəlik təlimi avqustun 13-dək davam edəcək.




Facebook'da Paylaş