MN: "Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək

16-07-2022, 11:50

MN: "Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları iyulun 23-dək davam edəcək

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən "N" hərbi hissəsində hərbi vəzifəlilərin təlim toplanışı davam edir.

Müdafiə Nazirliyindən Ordum.a-a verilən məlumata görə, hərbi vəzifəlilər ssenariyə uyğun olaraq şərti düşmənin kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi üzrə döyüş tapşırıqlarını yerinə yetiriblər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışları iyulun 23-dək davam edəcək.




Facebook'da Paylaş