Azərbaycan hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2022” təlimləri başlayıb

20-06-2022, 18:55

Azərbaycan hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2022” təlimləri başlayıb

Azərbaycan Hərbi Hava və Dəniz qüvvələrinin qatıldığı “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təlimləri başlayıb.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər Konyada keçirilir.

Təlimlərdə Azərbaycanla yanaşı Türkiyə, Böyük Britaniya, İordaniya və Pakistanın Hərbi Hava və Dəniz Qüvvələri də iştirak edir.




Facebook'da Paylaş