Gürcüstanla Norveç birgə təlimə dair sənəd imzalayıb

2-06-2022, 12:07

Gürcüstanla Norveç birgə təlimə dair sənəd imzalayıb

Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyası ilə Norveçin Daxili Qvardiyası arasında 5 illik əməkdaşlığa, o cümlədən birgə təlimlərin keçirilməsinə dair plan imzalanıb.

Ordum.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, 5 illik planın məqsədi tabor, briqada və qərargahlar səviyyəsində komanda-qərargah təlimlərinin keçirilməsidir. Sənəddə ərazi ehtiyat tağımlarının hazırlığı konsepsiyasıın işlənib hazırlanması nəzərdə tutulub.

Planı Gürcüstan Mili Qvardiyasının komandanı, briqada generalı Roman Coxadze və Norveç Daxili Qvardiyası komandanının müavini general Maretn Eqten imzlayıb.




Facebook'da Paylaş