Qəzvində iki azərbaycanlı bəhai həbs edilib

2-08-2022, 12:08

Qəzvində iki azərbaycanlı bəhai həbs edilib


Qəzvində iki azərbaycanlı bəhai həbs edilib

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Qəzvin şəhərində iki zərbaycanlı bəhainin evinə basqın edərək onları həbs edib. Həbs edilən Umud Keşavərz və Pərisa Əqdəsinin mobil telefonu, kompüteri və başqa şəxsi əşyalar müsadirə edilib. Azərbaycanlı cütlüyün nədə ittiham olunduqları və hara aparıldıqları barədə məlumat verilməyib.
Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi avqustun 1-də bəyanat yayaraq üç bəhainin İsrailə casusluq etdiyini iddia edib və onların saxlanıldıqlarını bildirib. Son bir ay ərzində İranın müxtəlif şəhərlərində onlarla bəhai həbs edilib və barələrində müxtəlif ittihamlarla cinayət işi açılıb.
Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
Hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar. 1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi ölkədə minlərlə bəhai həbs olunub. Yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.
Cavidan




Facebook'da Paylaş