İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

24-07-2022, 09:01

İraqın şimalında bir neçə terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında PKK-nın 3 terrorçusunu zərərsizləşdirib.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yaraqlılardan birinin “Pençe-Kilit” antiterror əməliyyatı zonasında, ikisinin isə İraqın Metina bölgəsində öldürüldüyü vurğulanır.

Nazirlik əlavə edib ki, Türkiyə ordusu terrorçulara qarşı effektiv və qətiyyətli mübarizəni davam etdirir.




Facebook'da Paylaş