BMT: "Müharibə başlayandan bəri 9 milyondan çox ukraynalı ölkəsini tərk edib

14-07-2022, 10:36

BMT: "Müharibə başlayandan bəri 9 milyondan çox ukraynalı ölkəsini tərk edib

Rusiyanın apardığı hərbi əməliyyatların başlamasından bəri 9 milyondan çox insan Ukraynanı tərk edib.

Ordum.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, fevralın 24-dən etibarən Ukrayna sərhədindən 9 136 006 şəxsin keçidi qeydə alınıb.

Qeyd olunub ki, Polşa Aİ ölkələri arasında ukraynalı qaçqınların qəbulunda lider olub və buraya 1 221 596 nəfər ukraynalı gəlib.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin altı Avropa ölkəsində apardığı sorğuya əsasən, oradan sığınacaq almış ukraynalıların əksəriyyəti müharibə başa çatdıqdan sonra vətənlərinə qayıtmaq istəyir.




Facebook'da Paylaş