Bu gün Avropanın üç ölkəsinin Baş naziri Kiyevə səfər edəcək

15-03-2022, 12:29

Bu gün Avropanın üç ölkəsinin Baş naziri Kiyevə səfər edəcək

Bu gün Çexiyanın Baş naziri Petr Fiala, Slovakiyanın hökumət başçısı Yanez Yanşa və Polşanın Baş naziri Mateuş Moravetski Ukrayna paytaxtı Kiyevə səfər edəcək.

Ordum.az “Associated Press”ə istinadən xəbər verir ki, bunu P.Fiala tviterdə yazıb.

Liderlər Avropa İttifaqının missiyası kimi Kiyevə baş çəkəcəklər.

“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığına və müstəqilliyinə qeyd-şərtsiz dəstəyini ifadə etməkdir”, - hökumət başçısı bildirib.

Üç ölkənin Baş nazirləri ilə yanaşı Polşa Baş nazirinin təhlükəsizlik məsələləri üzrə müavini, mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaçinski də Kiyevə gedəcək.




Facebook'da Paylaş