NATO qoşunları Kosovonun şimalında patrul əməliyyatlarını gücləndirir

21-08-2022, 09:30

NATO qoşunları Kosovonun şimalında patrul əməliyyatlarını gücləndirir

NATO-nun rəhbərlik etdiyi Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) Kosovonun şimalında patrulların sayını artırıb və münaqişə baş verərsə müdaxilə etməyə hazırdır.

Ordum.az xəbər verir ki, bu barədə Tanjuq agentliyi NATO missiyasına istinadən xəbər verir.

Missiya bildirib ki, KFOR vəziyyəti tam təsəvvür etmək üçün Yarine və Brnyak keçid məntəqələrində mövcudluğunu gücləndirib və patrulların sayını artırıb.

“Bu tədbirlər ona görə həyata keçirilir ki, lazım gələrsə, KFOR istənilən təhlükəsizlik çağırışına cavab verə bilsin. Biz hamını əmin etmək istərdik ki, KFOR ehtiyac yaranarsa müdaxilə etməyə hazırdır”, - NATO missiyası agentliyə bildirib.




Facebook'da Paylaş