Türkiyə XİN başçısı: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoya bilərik

27-07-2022, 13:00

Türkiyə XİN başçısı: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoya bilərik

“İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməlidir”.

Ordum.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv 100”ə müsahibəsində deyib.

O söyləyib ki, öhdəliklərdən biri də terrorçuları dəstəkləməməkdir: “Bu dövlətlər terrorçuları hələ Türkiyəyə qaytarmayıb. Əgər öhdəliklər yerinə yetirilsə, İsveç və Finlandiyanın Alyansa üzvlüyünə dair sənədlər ratifikasiya ediləcək. Əks halda isə sənədlərin ratifikasiyasına ehtiyac qalmayacaq və İsveçlə Finlandiyanın NATO-ya üzvlüyünə veto qoyulacaq”




Facebook'da Paylaş